Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır: - De görüm, sən insansan yoxsa siçan? - Həkim, o günlər keçdi. Artıq ağıllanmışam. Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir: - Həmin adam yenə siçan kimi kolların dalında gizlənib. Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir: - Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
Comments
Post a Comment