Posts

Showing posts from June, 2017

Lətifə №10

İki rəfiqə dalaşır: - Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?! - Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...

Lətifə №9

Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir: - Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava. - Yox, təxminən mənfi 25-30 dərəcə. - Həəə, amma deyirlər mənfi 60 dərəcədir. - Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.

Lətifə №8

İki ovçunun söhbətindən: - Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm! - Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm! - Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən? - Əlbəttə ki! - Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!

Lətifə №7

İki dəli söhbət edirlər, biri o birinə: -sən harda anadan olmusan? Cavab: -Xestexanada o biri deli: -Aaaaa hansi xestelikden?

Lətifə №6

Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir: - Deyin görüm vannada balıq tutmaq olarmı? Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir. Dəli evə gələndə valideynləri soruşur: - Səni nə yaxşı buraxdılar? Dəli dillənir: - Soruşdular ki, vannada balıq tutmaq olar? Valideynləri: - Bəs sən nə dedin, ağıllı balam? Dəli: - Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

Lətifə №5

İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar: - Niyə qayıtdınız? - Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

Lətifə №4

Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır: - De görüm, sən insansan yoxsa siçan? - Həkim, o günlər keçdi. Artıq ağıllanmışam. Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir: - Həmin adam yenə siçan kimi kolların dalında gizlənib. Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir: - Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam

Lətifə №3

Bir qoca qarı işıqforda dayanan cavan oğlana deyir: Bala,kömək et yolu keçim. Nənə,qoy yaşıl işıq yansın keçirərəm. Eh,ay bala,yaşıl isıqda elə özüm də keçərəm.

Lətifə №2

-Ofisiant``mənim çorbamda milçək var``. -Narahat olmayın,çörəyin içindəki hörümçək onu mütləq tutacaq.

Lətifə №1

Bir gün bir qadin evdə ağlayır, kişi gəlib görüb soruşur: - Niyə aglayırsan,nə olub? Bu gün falçıya getmişdim,50 manatımı alıb dediki:"Ərin səni başqa qadınlarla aldadir"... - Dəlisən? 20 manat verərdin mənə,deyərdimde ozum.