İki rəfiqə dalaşır: - Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?! - Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...
Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir: - Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava. - Yox, təxminən mənfi 25-30 dərəcə. - Həəə, amma deyirlər mənfi 60 dərəcədir. - Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.
İki ovçunun söhbətindən: - Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm! - Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm! - Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən? - Əlbəttə ki! - Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!
Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir: - Deyin görüm vannada balıq tutmaq olarmı? Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir. Dəli evə gələndə valideynləri soruşur: - Səni nə yaxşı buraxdılar? Dəli dillənir: - Soruşdular ki, vannada balıq tutmaq olar? Valideynləri: - Bəs sən nə dedin, ağıllı balam? Dəli: - Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar: - Niyə qayıtdınız? - Bu gün planı yoxladıq. Sabah qaçacağıq.
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır: - De görüm, sən insansan yoxsa siçan? - Həkim, o günlər keçdi. Artıq ağıllanmışam. Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir: - Həmin adam yenə siçan kimi kolların dalında gizlənib. Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir: - Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam